Haqqımızda
Regional Universitet–Sənaye Birliyi Sammiti 2025 – Azərbaycanın regionlarını əhatə edən və universitet-sənaye əməkdaşlığını təşviq edən ilk genişmiqyaslı platformadır! Bu mühüm tədbir 24 oktyabr 2025-ci il tarixində Mingəçevir şəhərində, Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB)-in birgə təşkilatçılığı ilə baş tutacaq.
🔹 Tədbirin əsas məqsədi:
Universitetlər və sənaye nümayəndələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, tələbə və gənclərin iş dünyası ilə birbaşa əlaqə qurması, regionlarda kadr potensialının gücləndirilməsi və innovativ təşəbbüslərin dəstəklənməsidir.
🎯 Tədbirdə kimlər iştirak edəcək?
•Ölkənin böyük şirkətləri və holdinqləri
•Dövlət qurumları və agentliklər
•Bank və maliyyə institutları
•Texnologiya və sənaye sektoru təmsilçiləri
•Startaplar və innovasiya mərkəzləri
•Xidmət sektoru nümayəndələri
•Universitetlər və tədqiqatçılar
•Minlərlə tələbə və gənc
🧩 Tədbirin əsas bölmələri
•Karyera sərgisi – müəssisələrin real vakansiya və təcrübə proqramlarının təqdimatı
•Startap təqdimatları – region gənclərinin innovativ ideyalarının nümayişi
•Panel müzakirələr və seminarlar – əmək bazarının tələbləri, sənaye-akademiya əməkdaşlığı və gələcək trendlər
•Rəsmi tərəfdaşlıq imkanları – universitetlər və şirkətlər arasında əməkdaşlıq memorandumu və layihə müzakirələri
•Əyləncə və şəbəkələşmə proqramı – günün sonunda sənətçilərin iştirakı ilə musiqili proqram və şəbəkələşmə saatı
👥 İştirakçı sayı:
•100-dən artıq müəssisə
•10.000-dən çox iştirakçı (tələbə, gənc, mütəxəssis, rəhbər şəxslər)
💼 Niyə bu tədbirdə iştirak etməlisiniz?
•Gələcəyin istedadları ilə birbaşa tanışlıq
•Şirkətiniz üçün potensial işçi və təcrübəçi bazasının qurulması
•Region gənclərinə dəstək göstərərək sosial məsuliyyətin nümayişi
•Universitetlərlə birgə layihələrin əsasını qoymaq
•Brendinizin tanıdılması və görünürlüğünün artırılması
📅 Tarix: 24 oktyabr 2025
📍 Məkan: Arena Otel Kür, Mingəçevir şəhəri
🎯 Təşkilatçılar: MDU • HBN Group • ATİB
📨 Əlaqə: info@hbngroup.az | +994 70 740 88 40
