Regional Universitet-Sənaye Birliyi Sammiti 2025 – Azərbaycanın regionlarını əhatə edən və universitet-sənaye əməkdaşlığını təşviq edən ilk genişmiqyaslı platformadır! Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) təşkilatçılığı ilə 24 Oktyabr 2025-ci il tarixində Mingəçevir şəhərində keçiriləcək bu tədbirdə böyük şirkətlər, dövlət qurumları, startaplar, banklar, texnologiya, sənaye və xidmət sektoru nümayəndələri iştirak edəcək. Bu sammit minlərlə tələbə və gəncin iş dünyası ilə birbaşa əlaqə qurması, real vakansiyalar və praktika imkanları ilə tanış olması üçün unikal bir fürsət yaradacaq. Startap təqdimatları, karyera sərgisi, panel müzakirələr və əyləncə proqramı ilə zənginləşdirilən tədbir region gəncləri üçün həm peşəkar, həm də sosial inkişaf platforması olacaq. Tədbirdə 100-dən artıq müəssisə və 10.000-dən çox şəxsin (tələbə, gənc, mütəxəssis, rəhbər şəxslər) iştirakı nəzərdə tutulmuşdur.
Techera Academy – təhsil, biznes, sosial və kadr hazırlığı sahələrində genişmiqyaslı layihələr həyata keçirən və ölkəmizdə ən böyük təlimçi bazasına sahib olan aparıcı mərkəzlərdən biridir. Bakı şəhəri və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərərək, fərdi və korporativ müştərilər üçün innovativ həllər təqdim edilir.
Biz sizin tərəfdaşınızıq – innovasiyanın, biliklərin və gələcəyin körpüsünü birlikdə qururuq. AUSB olaraq, təhsil və sənayeni bir araya gətirərək, ideyaların reallığa çevrilməsinə yardım edirik. Sizi maraqlandıran problemlərə elmi həllər tapır, tələbələri iş dünyasına hazırlayır və startapların qanad açmasına dəstək oluruq.
Business Class Azerbaijan layihəsi, Azərbaycan Respublikası Bakı şəhəri və regionlarında fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərə keyfiyyətli dəstək təmin etmək məqsədilə qurulmuşdur. Bizim missiyamız, həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif sahələrdə xidmətlər təqdim edərək, onların bizneslərini uğurla inkişaf etdirmələrinə kömək etməkdir. Layihə çərçivəsində, sahibkarlar üçün məsləhət xidmətlərindən tutmuş, yenidənqurma və inkişaf proseslərinə qədər geniş bir xidmət spektri təklif edilir.
“ENEMAY Financial Consulting and Career Center” MMC hüquqi və fiziki şəxslərə məsləhət xidmətləri sahəsində dinamik inkişaf edən bir şirkətdir. 18.05.2017 – ci il may ayında təsis edilmiş və həmin aydan etibarən fəaliyyətə başlamışdır.
TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.